"YouTube" xidməti özünün "Android" və iOS üçün mobil əlavəsində məlumat, video və istinad mübadiləsi funksiyasını sınaqdan keçirir. "YouTube"un daxili messenceri kimi qiymətləndirilən yeni funksiya hazırda, yalnız Kanada ərazisində çalışır. Hələlik bu funksiyanın bütün dünya üzrə istifadəçilərə açılıb-açılmayacağı bəlli deyil. Lakin, eksperiment göstərir ki, "YouTube"un sahibi olan "Google" bu xidməti əsl sosial şəbəkəyə çevirmək niyyətindədir.
Cavanşir Məmmədzadə
- Baxış: 561