• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 765
— 25.01.2017 10:02

"Range Rover Sport SVR” yolsuzluq maşını müxtəlif şəraitdə sınaqdan keçirilib

“Jaguar Land Rover” şirkəti 550 at güclü V8 mühərrikli “Range Rover Sport SVR” yolsuzluq maşınını müxtəlif şəraitdə sınaqdan keçirib. Testlər zamanı “Terrain Response” 2 sistemindən istifadə olunub. Bu sistem münasib rejimi avtomatik seçir: “General Driving” («Ümumi»), “Dynamic” («Dinamik idarəetmə»), “Grass/Gravel/Snow” («Ot/Çınqıl/qar»), “Mud and Ruts” («palçıq»), “Sand” («qum») və “Rock Crawl” («daşlı»). “Range Rover Sport SVR” ilk olaraq, Avropanın ən sürətli yarış yolunda - Rockingham Motor Speedwaydə sınanıb. “Dinamik idarəetmə” rejimini işə salmaqla “Range Rover Sport SVR” 100 km/saat sürəti  4,7 saniyəyə yığıb. İkinci sınaq, yaş ot üzərində baş tutub. “Terrain Response” 2 sistemi belə şəraitdə “Ot/Çınqıl/qar” rejiminə keçib və nəticədə “Range Rover Sport SVR” ilk “yüzü” 5,5 saniyəyə yığa bilib. Çınqıllı yolda maşına 0-dan 100 km/saat sürətə çatmaq üçün 5,3 saniyə kifayət edib. Avtomobili qarlı yolda test edərkən analoji göstərici 11,3 saniyə çəkib. Palçıq yolda ofrouda bu sürət üçün 6,5 saniyə vaxt tələb olunub. Qumluqda maşın ilk yüzü 5,5 saniyə müddətində yerinə yetirib. Daşlıqda isə “Range Rover Sport SVR” fərqli şəkildə test edilib. “Daşlı” rejimi işə salmaqla avtomobil 32% meyilli daşlı yamacın öhdəsindən gəlməyi bacarıb.

Cavanşir Məmmədzadə