• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1636
— 24.01.2017 13:25

Yük maşını çaya aşdı, sürücü sükan arxasında yuxulayaraq qəzaya səbəb oldu

KepezTV Player

Yük maşını çaya aşdı, ata öldü, oğlu yaralandı. Yol qəzalarından birinin nəticəsi belədir. Digər hadisədə isə, sürücü sükan arxasında yuxulamasına əməllicə peşman oldu.

İsmayıllı-Qalacıq-İstisu avtomobil yolunda qəza baş verib. Qəbələ rayon sakini 55 yaşlı Ağaməmməd Ağaməmmədov idarə etdiyi  “Qazel” markalı yük avtomobili ilə Qalacıq kəndinin ərazisində Göyçay çayı üzərindəki körpüdən keçərkən, yolun buz bağlaması səbəbindən idarəetməni itirib və yük maşını yoldan çıxaraq çaya aşıb. Sürücü Ağaməmməd Ağaməmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Avtomobildəki sərnişin, sürücünün oğlu 25 yaşlı  Pərviz Ağaməmmədov isə ağır bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzaya düşən ata ilə oğul mal-qara alveri ilə məşğul olurmuş və İstisu kəndindən aldıqları heyvanları Qəbələyə aparırlarmış.
 

Abşeron rayonunda isə yük maşını yoldakı dəmir arakəsməyə çırpılıb və təxminən, 100 metrədək hərəkət edərək onu dağıdıb. Sonda, sürücü maşını saxlaya bilib.  Hadisə yerinə yol polis əməkdaşları cəlb olunublar. İlkin ehtimala görə, qəza zamanı sürücü sükan arxasında yuxulayıb.

Faktlarla əlaqədar araşdırmalar aparılır.

 

Vüsalə Camal