• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 675
— 24.01.2017 13:22

Keçmiş yeznə qayınını bıçaqladı

KepezTV Player

Göründüyü kimi, bəzən insanlar bir zamanların bütün xətir-hörmətini bir dəqiqədə itirərək, yerə vururlar. İndi haqqında bəhs edəcəyimiz insanlar da qarşılıqlı anlaşma varkən, mübahisəyə üstünlük verdilər. Sonda, keçmiş yeznə qayınını bıçaqlayaraq xəstəxanalıq etdi.

Abşeronun Masazır qəsəbəsində yaşayan 25 yaşlı Asif Həsənov, yaralı halda xəstəxanaya gətirilib. O, dərhal əməliyyata götürülüb. Həkimlər 3 bıçaq xəsarəti alan Asif Həsənovun həyatını xilas edə biliblər. Hadisə barədə xəbər tutan polis əməkdaşları araşdırmalara başlayıblar. Məlum olub ki, Həsənovu bir zamanlar yeznəsi olmuş şəxs bıçaqlayıb. Asifin boşanan bacısı atasıgildə yaşayır. Onun keçmiş əri uşaqları ilə görüşmək üçün oraya gəlib. Bu zaman keçmiş yeznə-qayın arasında mübahisə yaranıb. Onlar söhbət etmək üçün bayıra çıxıblar. Daha sonra Asif Həsənovun anası oğlunu evin önündə qan içində tapıb və dərhal təcili tibbi yardım çağırıb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Vüsalə Camal