• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2492
— 24.01.2017 11:14

Püşkatma Kremldə

Futbol üzrə 2018-ci il dünya çempionatının final mərhələsinin püşkatma mərasimi Rusiyanın paytaxtı Moskvadakı Kreml Qurultaylar Sarayında keçiriləcək. Püşkatma mərasimi bu il dekabrın 1-də baş tutacaq.

Qeyd edək ki, DÇ-2018 Rusiyanın 11 şəhərinin 12 stadionunda təşkil ediləcək. Hazırda çempionatın ayrı-ayrı qitələr üzrə seçmə mərhələsi keçirilir. Avropa zonasın üzrə seçmə mərhələdə C qrupunda yer alan Azərbaycan millisi 4 oyundan sonra 7 xal toplayaraq 3-cü pillədə qərarlaşıb. 

 

ORXAN CƏFƏRZADƏ