Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məsələ ilə bağlı UEFA-nın prezidenti Aleksander Çeferinlə danışıqlar aparıldığını söyləyib. O, bu yarışın Soçidə keçirilə biləcəyini də istisna etməyib. Mutko bununla bağlı azərbaycanlı həmkarlarından yaxşı təklif aldığını da söyləyib.
Qeyd edək ki, keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə “Birlik kuboku” yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnirə gənclərdən ibarət milli komandalar qatılıb.
Qeyd edək ki, Azərbaycan klubları 3 dəfə “Birlik kuboku”nun qalibi adını qazanıb. 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər Lənkəran”, 2011-ci ildə isə “İnter” yarışda birinci olub.
Azad Rəfi
- Baxış: 284