• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 23.01.2017 14:33

Toğrul Əsgərovun komandası Hindistanda qələbə qazandı

KepezTV Player

Olimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı Toğrul Əsgərovun da iştirak etdiyi Peşəkar Güləş Liqasına yekun vurulub. Hindistanda keçirilən yarışın finalında Əsgərovun çıxış etdiyi “Pəncab Royals” komandası qələbə qazanıb. Gəncə güləş məktəbinin yetirməsi 65 kq çəki dərəcəsində həlledici görüşdə zədə səbəbindən xalça üzərinə çıxmasa da, yarış boyu komandasının uğur qazanmasına yardımçı olub. Belə ki, Toğrul ikinci mövsüm reallaşan Liqada əvvəlki mərhələlərdə iki görüş keçirib və hər iki halda rəqiblərinə qalib gəlib. Braziliyada keçirilən Olimpiadadan sonra ilk də yarışlara çıxan sərbəst güləşçi 52 min ABŞ dolları qarşılığında ötən ilin sonunda Pəncab klubuna transfer olunub. Əsgərovla yanaşı, Asiya ölkəsində yığmamızın digər üzvləri Mariya Stadnik və Cəbrayıl Həsənov çıxıb edib.

Azad Rəfi