• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2059
— 23.01.2017 13:28

Gəncədə evdən 700 manatlıq məişət əşyaları oğurlayanlar tutulub

Gəncə şəhər Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da Gəncə şəhərindəki evlərdən birindən 700 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Musa Rəcəbov və Mayıl Həsənov tutulub, daha 1 nəfər isə müəyyən edilib. Fakt üzrə araşdırmalar davam etdirilir.

Zülfiyyə Telmanqızı