• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1122
— 23.01.2017 12:18

Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilib

Bu həftə liderlər itkisiylə üzləşiblər. Doğma meydanda autsayder “Suonsi”ylə qarşılaşan “Liverpul” gözlənilmədən məğlub olub. Görüşdə bütün qollar ikinci hissədə vurulub. 48 və 52-ci dəqiqələrdə Fernando Lorentenin qollarıyla qonaqlar önə keçsə də, sonrada özünə gələn liver hesabı bərabərləşdirməyi bacarıb. 55 və 69-cu dəqiqələrdə bu dəfə Roberto Firmino dublla yadda qalaraq qarşılaşmada status-kvonu bərpa edib. Ancaq meydan sahibləri bu hesabı sonadək qoruya bilməyib. 74-cü dəqiqədə Siqurdson rəqib qapısına yol taparaq yekun hesabı təyin edib. Liverpul 2 Suonsi 3.

Turun mərkəzi görüşündə Mançester Siti” “Tottenhem”lə üz-üzə gəlib. Mersesaydlıların məğlub olmasından istifadə edən hotspurlular Mançester səfərindən xalla dönərək turnir cədvəlində Liverpulu 1 xal qabaqlayıb. Bu oyunda da qolların hamısı ikinci yarıya təsadüf edib. 49-cu dəqiqədə Leroy Sane qapıçının çıxışdakı səhvindən sonra topu boş çərçivəyə göndərərək hesabı açıb. 54-cü dəqiqədə “Tottenhem”in əlcək sahibi Lorisin daha bir səhvini bu dəfə Kevin De Bruyne bağışlamayıb və qonaqları ikinci dəfə mərkəzə dəvət edib. Buna baxmayaraq sonadək mübarizə aparan Maurisiyo Poçettinonun yetirmələri əzmkarlıq göstərərək məğlubiyyətdən yaxa qurtara biliblər. 58-ci dəqiqədə Dele Alli buraxılan qollardan birinin əvəzini çıxaraq hesab arasındakı fərqi minimuma endirib. 78-ci dəqiqədə isə Son Xın Min dəqiq zərbəylə görüşdə son nöqtəni qoyub. 2:2.

Qalibin müəyyənləşmədiyi digər bir oyunda Mançester Yunayted Stok Sitinin qonağı olub. 19-cu dəqiqədə meydan sahibləri tablonu işə salıb. Erik Pitersin zərbəsindən sonra Xuan Mataya dəyən top torla qovuşub. Qırmızı şeytanları məğlubiyyətdən son dəqiqələrdə Ueyn Runi xilas edib. Cərimə zərbəsindən möhtəşəm qola imza atan ingilis oyunçu komandasının aktivinə 1 xal yazdırıb.

Bu tur lider Çelsi evdə Hall Sitiylə görüşüb. Zadəganlar rəqibi 2 cavabsız qolla üstələyib. İlk olaraq Dieqo Kosta birinci hissənin əsas vaxtına artırılan dəqiqələrdə qonaqları məyus edib. 81-ci dəqiqədə isə Qari Kehil başıyla qapıya düşərək görüşdə sonuncu qolun müəllifi olub.

Cari mövsüm çempionluq yolunda iddiasını ortaya qoyan Arsenal Börnlini qonaq edib. İlk yarısını qolsuz tamamlanan oyunun 59-cu dəqiqəsində topçulardan Şkodran Mustafi yerli azarkeşləri ayağa qaldırıb. Az sonra meydan sahibləri azlıqda qalıb. Qranit Caka kodub oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydanı erkən tərk edib. Qarşılaşmanın son dəqiqələri daha maraqlı keçib. Əvvəlcə əsas vaxta artırılan 3-cü dəqiqədə qonaq komanda Andre Qreyin penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. Ancaq ruhdan düşməyən London klubu oyunun başa çatmasına az qalmış 11 metrlik cərimə zərbəsi qazanıb. Topun arxasına keçən Aleksis Sançes şansını boşa verməyərək komandasına 3 xal gətirən qola imza atıb. Arsenal 2 Börnli 1.

İngiltərə Premyer Liqası

XXII tur

21 yanvar

“Liverpul” – “Suonsi” – 2:3

Qollar: Firmino, 55, 69 - Fernando Lyorente, 48, 52, Siqurdsson, 74

 “Bornmut” – “Uotford” - 2:2

Qollar: King, 48, Afobe, 82 - Kabasele, 24, Deni, 64

 “Kristal Pelas” – “Everton” - 0:1

Qol: Koleman, 87

 “Midlsbro” – “Vest Hem” - 1:3

Qollar: Stuani, 27 - Keroll, 9, 43, Kaleri, 90+4

 “Stok Siti” – “Mançester Yunayted” - 1:1

Qollar: Mata, 19 (öz qapısına) - Runi, 90+4

 “Vest Bromviç” – “Sanderlend” - 2:0

Qollar: Fletçer, 30, Brunt, 36

 “Mançester Siti” – “Tottenhem” - 2:2

Qollar: Sane, 49, De Brün, 54 - Delle Alli, 58, Son Hun Min, 77

22 yanvar

“Sauthempton” – “Lester” - 3:0

Qollar: Uard-Pros, 26, Rodrigez, 39, Tadiç, 86

 “Arsenal” – “Bernli” - 2:1

Qollar: Mustafi, 59, Aleksis Sançez, 90+7 (pen.) - Qrey, 90+3 (pen.)

 “Çelsi” – “Hall Siti” - 2:0

Qollar: Dieqo Kosta, 45+7, Keyhill, 81

Turnir cədvəli

 

1.

Çelsi

22

18

1

3

47:15

55

2.

Arsenal

22

14

5

3

50:23

47

3.

Tottenhem

22

13

7

2

45:16

46

4.

Liverpul

22

13

6

3

51:27

45

5.

Mançester Siti

22

13

4

5

43:28

43

6.

Mançester Yunayted

22

11

8

3

33:21

41

7.

Everton

22

10

6

6

33:23

36

8.

Vest Bromviç

22

9

5

8

30:28

32

9.

Stok Siti

22

7

7

8

28:34

28

10.

Vest Hem

22

8

4

10

29:36

28

11.

Sauthempton

22

7

6

9

22:26

27

12.

Bornmut

22

7

5

10

32:39

26

13.

Bernli

22

8

2

12

24:33

26

14.

Uotford

22

6

6

10

25:38

24

15.

Lester

22

5

6

11

24:37

21

16.

Middlsbro

22

4

8

10

18:25

20

17.

Suonsi

22

5

3

14

26:51

18

18.

Kristal Palas

22

4

4

14

30:41

16

19.

Hall Siti

22

4

4

14

20:47

16

20.

Sanderlend

22

4

3

15

20:42

15

 

Orxan Cəfərzadə