• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 22.01.2017 17:05

Goranboyda yük avtomobili aşıb

Hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb. Rayonun Zeyvə kənd sakini 44 yaşlı Ruslan Qədimov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü və maşında olan sərnişin, 55 yaşlı Asif Əskərov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətləri orta ağırdır.  Faktla bağlı araşdırma aparılır.

Vüsalə Camal