• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2305
— 21.01.2017 20:08

Tovuzda oğurluq faktı isti izlərlə açılıb

Rayonun Vahidli kəndində Nüsrət Abdullayevə məxsus mənzildən 1100 manat pul oğurlayan Abulbəyli kənd sakini, 32 yaşlı Zakir Aşırov saxlanılıb. Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zakir Aşırov oğurladığı pulun 400 manatı ilə birgə ələ keçirilərək polis şöbəsi gətirilib. Fakta bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.