• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 21.01.2017 15:45

Gəncədə 27 yaşlı gənc bıçaqlandı

KepezTV Player

Gəncənin Nizami Gəncəvi küçəsində bıçaqlanma hadisəsi baş verib. Yeni salınan şəhərcikdə yaşayan, Kəlbəcərdən olan məcburi köçkün 27 yaşlı Orxan Məlikov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Vüsalə Camal