• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 21.01.2017 15:13

Yol polisi vətəndaşlarla görüşləri davam etdirir

KepezTV Player

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları rayon icra hakimiyyətləri ilə birlikdə yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə magistral yolun kənarında yerləşən yaşayış məntəqələrində görüşləri davam etdirir. İdarənin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları Şəmkirin Dəllər-Cəyir kəndində, eləcə də Sabirkənd, Düyərli və Bayramlı kəndlərinin sakinləri ilə görüş keçirib. Son bir ildə ölkədə qeydə alınan qəzalar, onların baş vermə səbəbləri və fəsadları barədə danışılıb. Əksər yol qəzalarına sürücülərin diqqətsizliyinin səbəb olduğu vurğulanıb. Qarşılıqlı diskusiya şəklində davam edən görüşdə vətəndaşları maraqlandıran bəzi məsələlərə toxunulub.  

Natiq Hüseyn