ABŞ ordusunun araşdırma laboratoriyası elektrikli hoverbayk prototipinin uğurlu sınaqlarını keçirib. Amerika ordusu üçün hoverbaykı Böyük Britaniyanın “Malloy Aeronautics” şirkəti hazırlayır. Böyük ehtimalla hərbçilər onu silah-sursat daşımaq və kəşfiyyat üçün istifadə edəcəklər. Hoverbayklar sayəsində hərbçilər qısa zamanda döyüş meydanında yerlərini dəyişə bilərlər. Aparat şüşə-lif korpusla kvadrokopter sxemində test edilib. Hoverbayk 363 kiloqramadək yük götürmək və ya döyüşçüləri 200 kilometrədək daşımaq gücündədir. Bu zaman sürət maksimum 100 km/saat olacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 580