“Lego: Betmen” filmində olan superkara bənzədilən layihə “Chevrolet Tahoe” yolsuzluq maşını ilə eyni ölçüdədir. Onun əsasını 130 kq-lıq alüminium çərçivə təşkil edir. 5,2 metrlik rodsterə heç də az konstruktor sərf olunmayıb. İcraedicilər bu “Betmobil”ə 17 rəngdə 344187 ədəd kərpic işlədiblər. 770 kiloqramlıq superkarın hər bir təkəri 45 kq-dır. Betmobilin motoru da kərpicdən düzəlsə də, bir sıra detalları əsl avadanlıqlardır. İddia edilir ki, super qəhrəmanın avtomobilinin internetə girişi və Bluetoothu olan, smartfonların inteqrasiyası üçün şəraiti olan tam ölçülü multimedia sistemi var. Layihənin tam reallaşdırılmasına 1 833 saat vaxt gedib. Deyilənə görə, “Betmobil” üzərində cəmi bir adam işləsəydi, ona bir il vaxt lazım olardı.
Cavanşir Məmmədzadə
- Baxış: 1165