![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/xestexana_37.jpg?itok=PyJm7WSt)
Gəncədə döyülmə faktı qeydə alınıb. Şəhər sakini 36 yaşlı İlqar İbrahimov ötən gün yaşadığı Nəriman Nərimanov prospekti ev 246 ünvanının qarşısında tanımadığı şəxslər tərəfindən döyülüb. Yaralının vəziyyəti ağır olduğundan o, bu gün Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına gətirilib. Həkimlərin müayinəsindən sonra ona qapalı kəllə beyin travması, bədənin çox saylı əzniyi diaqnozu qoyulub. Palataya yerləşdirilən İlqar İbrahimovun vəziyyəti orta ağırdı. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 679