• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1740
— 20.01.2017 15:33

Tural Nərimanov “Kəpəz”ə qələbə qazandırdı

Təlim-məşq toplanışı dövründə “Kəpəz” dünən sonuncu yoxlama matçına çıxıb. Nizami yurdunun təmsilçisi aşağı liqa klubu “Zaqatala” ilə qarşılaşıb. Komandamız iki cavabsız qolla qələbə qazanıb. “Sarı-göylər”in hər iki qoluna müdafiəçi Tural Nərimanov imza atıb. 

“Zaqatala”ya qarşı görüşdə “Kəpəz” meydanda bu heyətlə mübarizə aparıb: qapıçı – Tadas Simaitis, müdafiəçilər – Şəhriyar Əliyev, Tural Nərimanov, Şəhriyar Rəhimov, Novruz Məmmədov, yarımmüdafiəçilər – Tural Axundov, Kərim Diniyev, Nicat Qurbanov, Orxan Əliyev, Serjio Kosta, hücumçu – Julien Ebah.

Azad Rəfi