• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2316
— 19.01.2017 15:36

Qərb bölgəsində havanın qeyri-sabit olacağı gözlənilir

KepezTV Player

Yanvarın 19 və 20-də respublikanın qərb bölgəsində arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu 2 gün ərzində Gəncədə hava dəyişkən olsa da, yağıntı gözlənilmir.

Musa Şükürov- Gəncə Regional Hidrometeorologiya Müəssisəsinin şöbə rəisi: “Qərb küləyi eyni zamanda ayrı-ayrı yerlərdə saniyədə 28-23 metr güclənəcək. Axşam saatlarında Gəncədə havanın temperaturu gündüzlə müqayisədə aşağı düşəcək. Atmosfer təzyiqi faktiki olaraq 989.6 millimetr civə sütünü olacaq, mövcud temperatur isə 3.6 dərəcə göstərir”.

Xaliq Qurbanlı