• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1604
— 19.01.2017 12:33

Yevlaxda canavarlar şəxsi fermaya hücum ediblər

Yırtıcılar Daşkəsən sakini Əbülfəz Orucova məxsus 150 baş qoyundan 120-ni parçalayıblar. Orucov səhər saatlarında heyvanları örüşə çıxaran zaman 110 baş qoyunun tələf, 10-nun isə yaralı olduğunu görüb. Canavarların məhv etdiyi xırdabuynuzlu heyvanların cəsədləri Yevlax Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən basdırılıb. Ərazidə dezinfeksiya işləri aparılıb.

Vüsalə Camal