• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 19.01.2017 13:02

Azadlığına 6 aydır qovuşan şəxs yenidən dəmir barmaqlıqlar arxasında

Əvvəllər məhkum olunan şəxsdən silah götürüldü. Mingəçevirdə silahlı şəxs saxlanılıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Eldəniz Əliyevin üzərinə baxış zamanı "Makarov" markalı tapança və 2 ədəd patron aşkar edilib. Dindirmə zamanı saxlanılan şəxs üzərində gəzdirdiyi silahın özünə məxsus olduğunu bildirib. Eldəniz Əliyev əvvələr narkotik vasitələrdən istifadəyə görə məhkumluq həyatı yaşayıb, cəmi 6 ay öncə azadlığa çıxıb.

Zülfiyyə Telmanqızı