KepezTV Player
Uşaq suda üzən oyuncağı götürmək istəyərkən ehtiyatsızlıqdan sürüşərək suya düşüb. Bu dəhşətli hadisə Cəlilabadda baş verib.
8 yaşlı Vəli Şəbiyev Cavadxan küçəsindən keçən su kanalında batıb. Meyit ətrafdakı sakinlərin köməyi ilə sudan çıxarılıb, Məhkəmə Tibbi Ekpertiza və Pataloji anatomiya birliyinin Cəlilabad rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 627