Futbol üzrə Türkiyə kubokunun qrup mərhələsində 5-ci turun oyunları keçirilir. Trofey uğrunda mübarizədə “Fənərbaxça” səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Oyunda hesabı İstanbul klubu açıb. “Sarı-lacivərdlər”in yeni transferi Aleksandr Karavayev matçın 24-cü dəqiqəsində fərqlənib. Bundan az sonra İsmayıl Köybaşının qırmızı vərəqə almasıyla “Fənər” meydanda azlıqda qalıb. Və bu ev sahiblərinin hesabı bərabərləşdirməsinə imkan yaradıb. Serdar Gürlər 11 metrlikdən status-kvonu yaxalayıb. Say azlığına baxmayaraq fasiləyə kimi qonaqlar daha bir qol vurub. Caner Koca komandasını önə keçirib. Bununla belə oyun isə 2:2 hesablı bərabərliklə nəticələnib. Görüşün sonuna doğru “Gənclərbirliyi” Vedat Muriqinin qolu ilə məğlubiyyətdən xilas olub.
Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” səfərdə "Gümüşhanespor"un qonağı olub və qarşılaşma 0:0 hesabı sona çatıb.
Şeydayevin adı oyunun iştirak ərizəsinə daxil edilsə də, baş məşqçi Ərsun Yanal ona şans verməyib.
Azad Rəfi
- Baxış: 347