• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1483
— 18.01.2017 19:24

Yol qəzaları fəsadsız ötüşmədi, 3 yaralı var

KepezTV Player

Yol hərəkəti qaydalarına riayət etməyənlər yenə də qəzalara səbəb oldular. Qəzalarsa həmişəki kimi fəsadlarla yadda qaldı.

Gəncənin Məhsəti qəsəbəsinin girəcəyində "Zaporojets" markalı avtomobillə "Mercedes" markalı minik maşını toqquşub. İki nəfər xəsarət alıb. Gəncə sakini, 49 yaşlı Şahin Əsədov və 50 yaşlı Uğur Musayev Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Şəhərin Nəriman Nərimanov prospektində baş verən qəzada isə 66 yaşlı Raqif Həsənovu avtomobil vurub. Sürücü yaralını Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıb. Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Bakı-Qazax magistralının 385-ci km-də, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində də yol-nəqliyyat hadisəsi baş verib. Bakı istiqamətində hərəkətdə olan Ağcabədi rayon sakini Cabir Mövsümov idarə etdiyi "QAZ-53" markalı avtomobili aşırıb. Nəticədə avtomobilin yük yerində olan 5 ton kartof yolun hərəkət hissəsinə tökülüb. Yolda avtomobillərin hərəkəti bir müddət çətinləşib.

Faktlar üzrə araşdırmalar aparılır.
 

Natiq Hüseyn