Aqrar sahənin intensiv inkşaf etdirilməsi məqsədiylə Samux rayonu ərazisində yaradılan cəmiyyət, ərzaq təhlükəsizliyinin təminatına, yerli istehsalın artırılmasına xidmət edir. 5 min hektarda yaradılan taxılçılıq və yemçilik təsərrüfatında aparılan kompleks işlərin bu ilin yazında tam yekunlaşdırılması nəzərdə tutulur.
Ötən ildən başlayaraq, təcrübə məqsədilə ərazidə buğda, qarğıdalı, soya, günəbaxan və yonca bitkiləri əkilib. Aparılan aqrotexniki tədbirlər bu ilki məhsul mövsümü üçün xaricdən gətirilərək əkilən buğda növlərinin hektarından 50 sentner məhsul götürməyə imkan verəcək. Bozdağ silsiləsindən tutmuş, aran ərazilərin suvarılması, Kür çayından çəkilən 14 kilometr uzunluğunda su xəttindən qıdalanan 3 nasos stansiyası vasitəsilə həyata keçirilir.
Təsərrüfatda ərazinin suvarılmasında yağışyağdırma üsulundan istifadə təbiq olunur ki, bu məqsədlə sahələrə 40 ədəd müasir standartlara cavab verən qurğular quraşdırılıb. Bu qurğuların da su təminatı Kür çayı üzərində yeni inşa edilən nasoslar vasitəsilə təmin edilir.
Təsərrüfatda yerli torpaq və iqlim şəraitinin imkanlarından istifadə etməklə, gələcəkdə növbəli əkin sistemi də tətbiq olunacaq. Bu da respublikada dənli bitkilərə olan təlabatın ödənilməsinə hesablanıb. 2017-ci ildə əkilən sahələrdən 25 min ton taxılın tədarük olunması nəzərdə tutulur.
Cəmiyyyətin əkin sahələrindən əldə olunan dənli bitkilərin saxlanılmasını və qurudulmasını təmin etmək üçün ərazidə 15 ədəd ümumi tutumu 60 min ton olan taxıl anbarlarının inşası davam edir ki, bu taxıl anbarlarının xidmətlərindən bu ilki məhsul mövsümündə geniş istifadə olunacaq.
Kompleksdə şum, əkin və digər aqrotexniki işlərin aparılması üçün 21 traktor, 5 taxılbiçən və 2 yemyığan kombayn, 2 özü çiləyən qollu çiləyici, kultivatorlar və taxılsəpənlər alınıb. Samuxda həyata keçirilən bu layihə ölkədə ərzaq təhlükəsizliyinə töhfə verməklə yanaşı, rayonun iqtisadiyyatının inkişafına və əhalinin məşğulluğunun artırılmasına xidmət edir.
Xaliq Qurbanlı
- Baxış: 1028