• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1877
— 18.01.2017 12:38

Astara rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri ölüb

KepezTV Player

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Astara rayonu, Şuvi kənd sakini, 28 yaşlı Yüsif Məmmədovu xilas etmək mümkün olmayıb. Ağır kəllə-beyin travması alan şəxs gecə saatlarında vəfat edib. Hadisə Kijəbə qəsəbəsi ərazisində qeydə alınıb. Bəylər İbrahimov idarə etdiyi “VAZ-21011” markalı avtomaşını maneəyə çırpıb. Nəticədə, sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb. Onlardan 4-ü Astara, biri isə Lənkəran Mərkəzi Rayon xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Vüsalə Camal