Rusiyada keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununa çıxıb. Yığmamız 9-12-ci yerlər uğrunda görüşdə Estoniya ilə üz-üzə gəlib. Rəqibi üzərində 3 cavabsız qolla qələbə qazanan komandamız 9-10-cu yerlər uğrunda oyuna vəsiqə əldə edib. Qarşılaşmada millimizin heyətində Pilağa Mehdiyev, Doğukan Öksüz və İbrahim Əliyev fərqlənən oyunçular olub. Yığmamız növbəti görüşdə yanvarın 20-də Belarusla qarşılaşacaq.
Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir
9-12-ci yerlər uğrunda oyun
17 yanvar
Azərbaycan - Estoniya - 3:0
Qollar: Pilağa Mehdiyev, 4, Doğukan Öksüz, 42, İbrahim Əliyev, 87
Orxan Cəfərzadə
- Baxış: 276