• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1336
— 18.01.2017 10:02

Yeni iki ekranlı HTC smartfonu

HTC 2017-ci ildə birdən-birə flaqman smartfonunu anons edib. U Ultra adlı yeni model çox hamardır və şüşə korpus suyun əksini xatırladır. U Ultra-nın əsas özəlliyi ikinci – köməkçi ekranın mövcud olmasıdır. O, elə 5,7 düymlük əsas “Quad HD” ekranının üzərində yerləşdirilib. LG V10 və V20 mobil cihazlarında olduğu kimi, burada da 2 düymlük üfüqi zolaq bildirişlərə xidmət edir, o, qısa zamanda əlaqə nömrələri və digər mühüm informasiyaları açır, eləcə də musiqiləri işə salmaq iqtidarındadır. U Ultra özündə ən müasir texnologiyaları birləşdirir: “Qualcomm Snapdragon 821” prosessoru, Adreno 530 qrafikası, 4 Qb operativ, 64 və ya 128 Qb daxili yaddaş, 3000 mAs həcmli akkumlyator, barmaq izlərini tanıyan skaner və “USB Type-C” dəliyi. Foto və video çəkilişə 12 meqapiksellik əsas kamera, selfiyə isə 16 Mp-lik “ultrapikselli” ön kamera cavabdehdir. “Ayfonlar” və “Lenovo Moto Z”-in ardınca 170 qramlıq HTC smartfonu da 3,5 millimetrlik audio dəlikdən imtina edib. Smartfonla eyni qutuda yeni USonic qulaqcıqları da olacaq. Flaqmanın U Play adlı başqa bir versiyası da var ki, o daha yığcam və daha az gücə malikdir. Hər iki smartfona HTC-nin yeni “ağıllı” köməkçisi — “Sense Companion” sistemi quraşdırılıb. Sistem istifadə ssenarisini analiz edir və məsələn sahibi yola çıxmağa hazırlaşarkən ona cihazı enerji ilə təmin etmək tövsiyəsi verir. Süni intellekt hətta smartfonun ekranı sönülü olarkən belə sahibinin əmrini eşidir. 64 Qb-lıq U Ultra-ın HTC internet mağazalarında sifariş qiyməti 749 dollardır. Bu model istəyə görə göy, qara, ağ və ya çəhrayı rəngdə ola bilər. Smartfon ayın sonuna kimi Tayvanın özündə, martda isə bütün dünyada bazarlara çıxarılacaq.

Cavanşir Məmmədzadə