“Infiniti” mütəxissisləri QX50 krossoverinin yeni nəsil konseptini ortaya çıxarıblar. Şirkətdən aydınlıq gətiriblər ki, prototip brendin gələcək modellərinin dizaynıdır. Yaxın illərdə maşın kütləvi istehsal olunacaq. QX50 xarici görünüşdən “QX Sport Inspiration” konseptinə bənzəyir. Krossover kültəvi təkər tağları, panoram dam, LED optika və genişləndirilmiş şassi əldə edib. Texniki xarakteristika məlum deyil. Seriyalı versiya brendin tarixində ilk yarıavtonom idarəetmə ilə təchiz ediləcək model olacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 648