Hadisə şəhərin Atatürk prospekti 438 a ünvanında yerləşən iki mərtəbəli binanın zirzəmisində yerləşən Çayevində baş verib. Gəncə şəhər sakini 42 yaşlı Heydər Əliyevə məxsus ümumisahəsi 130 kvm olan Çayevində yanğın olub. Dərhal hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsinin 4 maşını, 28 canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı yanğın söndürənlər tərəfindən alınıb. Yanğın zamanı Çayevində olan 1 ədəd divan və kreslo yanıb. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Kürdəmirdə 7 ailənin məskunlaşdığı binada yanğın olub. Hadisə, rayonun Qarabucaq kəndində qeydə alınıb. Ümumi sahəsi 600 kvadratmetr olan iki mərtəbəli binada 3 ailənin yaşadığı mənzil alışıb. 210 kvadratmetrlik sahə içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Binanın qalan hissəsi alovdan mühafizə edilib. İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
Əsmayə Abbasova- zərərçəkən: “Bir qəfildən ev alışdı da, uşaqlar da yuxudan durdular. Elə yemək-içmək verirdik, bir də gördük ki, o birisi oğlum yuxarıda olur. Gəldi ki, ana evdən tüstü çıxır. Elə qışqırdıq qonum-qonşular gəldi. Tüstüdən içəri girmək mümkün olmadı. Ev-eşik alışdı, yandı da. Elektrikdən oldu, nədən oldu, heç nədən oldu. Evdə heç nə yanmır. Budur gözünüzün qabağında heç nə çıxarda bilmədik. Tüstüdən, alovdan içəri girmək olmadı, heç nə çıxarda bilmədik”.
Vüsalə Camal
- Baxış: 1863