• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 963
— 17.01.2017 20:11

Samuxda mənzil qarət olunub

KepezTV Player

Evinin qapısını kilidləyib Rusiyaya gedəndə, ağlına belə gəlməzdi ki, bağlı qapı nə vaxtsa qarətçilərin diqqətini cəlb edər. Ancaq Samux sakininin ağlına gəlməyən başına gəlib.  Evdən xeyli miqdarda nağd pul və qızıl-zinət əşyaları oğurlanıb.

Samux rayonunun Ağasıbəyli kəndində Eyvaz Xəlilovun fərdi yaşayış evində oğurluq hadisəsi baş verib. Ev sahiblərinin orada olmamasından maksimum yararlanan qarətçilər, bir xeyli axtarış  aparıb evin altını üstünə çeviriblər.

Naməlum şəxs və ya şəxslər pəncərəni sındıraraq içəri daxil olublar. Daha sonra isə istədikləri qəniməti əldə edərək ərazini tərk ediblər. 

Hadisədən ilk xəbər tutan qonşular olub. Evin həyətindəki arxa qapının açıq olması onlarda şübhə yaradıb. 

Canpolad Əsgərov- qonşu: "Gördüm baş qapı açıqdır. Baxanda gördüm ki, aynanın birini söküblər. Başımı içəri saldım ki, ev dağıntı vəziyyətindədir. Ev sahibinin ata evinə- qardaşına zəng etdim".

Hələlik mənzil sahibinə dəyən ziyanın dəqiq miqdarı məlum deyil. Zərərçəkənin yaxınlarının sözlərinə görə, ilkin araşdırmalar zamanı evdən 600 manat, 300 ABŞ dolları, 2 qızıl əşya və bir texnoloji avadanlıq oğurlandığı müəyyən edilib.

Rabit Xəlilov- zərərçəkənin qardaşı: "Səhər saat 9-10 olardı, qonşu zəng etdi ki, Eyvazın evini yarıblar. Gələndə gördük ki, ayna qırıqdır. Ev də bu vəziyyətdədir. Polisə zəng etdik.

Hadisə ilə bağlı Samux rayon polis şöbəsinə məlumat verilib. Əraziyə gələn əməliyyat qrupu zəruri istintaq hərəkətlərini yerinə yetirib və axtarış tədbirlərinə başlayıb. Hələlik şübhəli kimi saxlanılan yoxdur. 

 
Natiq Hüseyn