• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 24.11.2016 15:19

7 şəhərin məktəbliləri Gəncədə uşaq hüquqları mövzusunda maarifləndirildilər

Uşaq hüquqları bu dəfə video-konfrans vasitəsilə müzakirə olunub. İlk dəfə olaraq Gəncə, Bakı, Sumqayıt, Mingəçevir, Lənkəran, Bərdə və Qazax şəhərlərinin məktəbliləri telekörpü vasitəsilə bu istiqamətdə rastlaşdıqları çətinlikləri, çıxış yolları barədə fikir mübadiləsi aparıblar. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Təhsil Nazirliyinin birgə layihəsində 150-yə yaxın 8-10-cu sinif şagirdi məruzələr də dinləyib. Gəncədən iki məktəbin şagirdlərinin qatıldığı video-konfrans təlim iştirakçılarını maraqlandıran suallara cavablar və tövsiyyələrlə yekunlaşıb.

Aygül Fərzəliyeva- şagird: “Təhsil almaq hüququmuz var, yaşamaq hüququmz var, cəmiyyətdə fəal iştirak etmək hüququmuz var. Daha sonra öz fikirimizi bildirmək hüququmuz var”.

Zülfiyyə Məmmədova- şagird: “Mən düşünürəm ki, hər bir uşaq doğulduğu andan hüquqlara malik olur. Bu hüquqlar tapdalana bilməz. Hər bir insan öz hüquqlarını bilsin ki, qarşısındakı insanın hüquqlarına hörmətlə yanaşsın”.

Fəzail Poladov- Gəncə şəhər Təhsil İdarəsinin Metodik Mərkəzinin metodisti: “Ümumtəhsil məktəblərindən 27 və 39 saylı orta məktəblərin şagirdləri uşaq hüquqları ilə bağlı ATS-də keçirilən bu tədbirdə iştirak edirlər. Məqsəd də ondan ibarətdir ki, bütün regionda keçirilən uşaq hüquqları ilə bağlı ümumtəhsil məktəblərinin şagirdləri burada dialoq formasında müzakirələr aparsın”.

Elnur Vahidoğlu