• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1506
— 24.11.2016 13:59

“Şəmkir” ilin son sınağına çıxır

Futbol üzrə Azərbaycan birinci divizonunda ilk dövrə başa çatmaq üzrədir. Çempionatın ilk yarısına 13-cü turun oyunları ilə yekun vurulacaq.

İlk son matçında “Şəmkir” səfərdə meydana çıxacaq. Qərblilər noyabrın 25-də turun son günündə “Ağsu”nun qonağı olacaq. “Qırmızı-ağlar” qarşıdakı görüşlə bağlı hazırlığa ötən həftədən başlayıb. Komandanın heyətində zədəli futbolçu olmasa da, cəzalı var. Bu, şəmkirlilərin cənubi azərbaycanlı oyunçusu Şahin Baleljaedir. 25 yaşlı hücumçu ötən tur qırmızı vərəqə aldığından birinci dövrənin son turunda meydana çıxa bilməyəcək.

Qəhrəman Əliyev- “Şəmkir”in baş məşqçisi: “Evdə sonuncu oyundakı qələbədən sonra əhval-ruhiyyə çox yaxşıdır. Sonuncu oyun olmasına baxmayaraq vacib görüşdür. Liderlər sırasında möhkəmlənmək üçün qələbə qazanmalıyıq. Futbolçuların hamısı sağlamdır, oyuna ciddi hazırlaşmışıq.”    

“Ağsu” – “Şəmkir” oyununu 13-cü turun mərkəzi görüşü də adlandırmaq olar. Medallara iddialılar sırasında yer alan klublar turnir cədvəlində bir-birinə yaxın mövqedə yerləşiblər. Qəhrəman Əliyevin yetirmələri 25 xalla 3-cü yerdə qərar tutublarsa, 21 xallı rəqib 5-cidir.

Qəhrəman Əliyev- “Şəmkir”in baş məşqçisi: “Qalib gələndən sonra mövqeyimizi möhkəmləndirib, arxada gələn komandalarla xal fərqini artıra bilərik. Həm də özümüzdən yuxarıda gedən klublardan uzaqlaşmayacağıq”.     

Ağsu şəhər stadionunda keçiriləcək və saat 14:00-də başlayacaq oyunun idarəçiliyi elit təcrübəli hakimlər birqadasına tapşılıb. Komandaları meydana Ramil Diniyev çıxaracaq.

Azad Rəfi