2 ölkənin yerli özünü idarəetmə orqanları arasında qarşılıqlı əlaqələrin yaradılması, birgə iş fəaliyyəti, mövcud təcrübələrin öyrənilməsi bu gün Gəncədə müzakirə edilib. Şəhərin tarixi, mədəniyyəti, iqtisadi potensialı və investisiya qoyulan sahələr haqqında məlumatlandırılan Litva Bələdiyyələr İttifaqının nümayəndələri, Gəncədə iqtisadi və sosial layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin olmasını müsbət dəyərləndiriblər. Və bu görüşün öz səmərəsini verəcəyinə ümid etdiklərini gizlətməyiblər.
Ricardas Malinauskas- Litva Bələdiyyələr İttifaqının prezidenti: “Gəncəyə dünən gecədən gəlmişik. Bu gün bir neçə saat şəhərlə tanış olmuşuq. Həqiqətən də Gəncədə böyük inkişaf var. Xüsusən də tikinti sahəsində. Bu şəhər iqtisadiyyatının güclü olmasını göstərir. İnanıram ki, bizim bu gözəl şəhərlə bir sıra əlaqələrimiz yaranacaq. Və hər iki tərəf üçün bu olduqca faydalı olacaq”.
Elton Cabbarlı
- Baxış: 606