• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 18.11.2016 15:53

Bakı məktəbliləri Gəncə ilə tanış olublar

Bakının Xətai, Səbayıl, Suraxanı rayonlarının, o cümlədən Abşeron, Cəlilabad, Nefçala, Zəngilan və Salyan məktəbliləri Gəncəni tanımaq üçün Nizami yurdundadırlar. Maarifləndirici tur-aksiya çərçivəsində şagirdləri gətirən 8 avtobus Heydər Əliyev park-kompleksində, "Zəfər Tağı"nın önündə qarşılanıb. Şagirdlərə Gəncənin tarixi və bugünü haqqında ətraflı məlumat verildikdən sonra, onların park-komplekslə tanışlığı olub. Ərazini gəzdikdən sonra məktəblilər Heydər Əliyev mərkəzinə gəliblər. Burada onlar sərgilənən eksponatlarla tanış olub, mərkəzin ümumi fəlaiyyəti haqqında məlumatlandırılıblar.

Gülnar Fazilqızı