Uşaq Yaradıcılıq Mərkəzində təşkil edilən konsert belə deməyə əsas verib. Mərkəzin özfəaliyyət dərnəkləri, uşaq bağçaları və uşaq evinin balacaları, SOS Uşaq Kəndinin nümayəndələri bayrama özünəməxsusluq qatıb. BMT-də “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbulundan ötən 27 ili bayram edənlərin maraqlı kompozisiyaları, rəqsləri, şeirləri və tamaşaları maraqla qarşılanıb.
Altun Süleymanov- məktəbli: “Bu gün uşaqların əməyi istismar olunmamalıdır. Bəzi insanlar var ki, uşaqları diləndirir, pis yollara cəlb edir. Amma belə olmamalıdır. Biz yaxşı təhsil almalıyıq ki, biliyimiz artsın. Biz gələcək üçün düzgün şəkildə yetişməliyik. Bu, bizim hüququmuzdur”.
Mövlud Zalı- məktəbli: “Uşaqların hüquqları çoxdur - dərs oxumaq, vaxtlarını səmərəli keçirmək kimi. Atanın, ananın yanında, bütöv bir ailədə böyümək hər bir uşağın hüququdur”.
Xəyalə Mürsəl
- Baxış: 658