![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/olkemizi_taniyaq_4.jpg?itok=JxUfqBaX)
Göygöldən olan şagirdlər Şəki-Zaqatala-Qəbələ marşrutu ilə hərəkət edəcək. Bu gün "Ölkəmizi Tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində şagirdlər Heydər Əliyev Mərkəzinin qarşısından yola salınıb. 4 gün ərzində bölgədə olan tarixi abidələr, müasir tikililər və turizm obyektləri ilə tanışlıq planlaşdırılır. Göygöldən 40 şagirdin qatıldığı aksiya Azərbaycanın bölgələrini daha yaxından tanımaq imkanı yaradır.
Gülnar Fazilqızı
- Baxış: 559