• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1238
— 15.11.2016 17:14

Şəmkirə konfrans məqsədilə gələn iştirakçılar şəhərlə tanışlıqdan da geri qalmayıblar

Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri mövzusunda Şəmkirdə keçirilən konfrans iştirakçılarının səfərin ikinci günü şəhərlə tanışlıq imkanı da olub. Millət vəkilləri əvvəlcə qədim Luteran kilsəsinə baş çəkiblər. Daha sonra Şəmkir bələdiyyəsinin nəzdində yaradılan “Morul Tikinti MMC”də yaradılan müəssisənin istehsal imkanları ilə maraqlanıblar. Qum-çınqıl, tamet və asfalt istehsalı ilə bərabər bələdiyyənin nəzdində iri taxılçılıq və bitkiçilik təsərrüfatı olan “Ceyrançöl” MMC-də yaradılıb. Burada taxıl, şəkər çuğunduru, tərəvəz və meyvə istehsalı aparılır. Konfrans iştirakçılarının Şəmkirlə tanış olduqları növbəti məkan Çinarlı bələdiyyəsinin nəzdində yaradılan kənd təsərrüfatı məhsullarının satışı üçün ixtisaslaşmış “Çinarlı MMC" olub. 5 ha ərazini əhatə edən müəssisə kənd təsərrüfatı, ərzaq və digər məhsulların topdan və pərakəndə satışı üçün əlverişli məkana çevrilib.

Kamran Bayramov -millət vəkili: “Bütün bu görülən işlər həm Şəmkir rayonu, həm də bu rayonun bələdiyyələri üçün xeyirlidir. Bütün bu işlər digər bələdiyyələr üçün örnəkdir. Yəni digər bələdiyyələr də öz imkanları daxilində və yerli icra hakimiyyətinin köməkliyi ilə bu cür layihələr həyata keçirsinlər. Siz bilirsiniz ki, bizimlə birlikdə burada digər şəhər və rayonların bələdiyyələri də iştirak edir. Onlar öz təcrübələrini artırırlar”.

Natiq Hüseyn