• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 14.11.2016 15:43

Məktəblilər Göygöldə

Payız tətilini qərb bölgəsində keçirən məktəblilərin Göygöllə də tanışlığı olub. Cənub bölgəsindən olan, eləcə də paytaxt və Sumqayıtlı şagirdlərin rayonla tanışlığı Heydər Əliyev mərkəzinə ekskursiya ilə başlayıb. Ümummilli liderin və prezident İlham Əliyevin rayona səfərləri haqqında ətraflı məlumatlandırılan şagirdlərə Göygölün sosial, iqtisadi uğurları və tarixi keçmişi haqqında danışılıb. Tur-aksiyaya qatılan Astara məktəbliləri istirahət parkında həmişəyaşıl şam ağacları da əkiblər. Gənclər mərkəzi, Göygöl şəhərinin almanlar tərəfindən inşa olunan evləri, qədim Lüteran kilsəsi ilə tanışlıq heyrət yaradıb. Rayonun tarixini öyrənməklə Bayraq meydanı və ərazdə yaradılan bayraq Muzeyi muzeyini ziyarət edən "Ölkəmizi tanıyaq"çıların son dayanacağı isə Göygöl Milli Parkı olub.

Viktoriya Mehtiyeva- məktəbli: “Mən Lerik rayonunu təmsil edirəm. Artıq iki gündür Gəncə şəhərindəydik. Bu gün isə Göygöl rayonunda olduq. Bu rayonun çox gözəl təbiəti, səfalı yerləri var”.

Ayxan Kərimov- məktəbli: “Mən bu tur-aksiyaya qatıldığım üçün özümü çox şanslı hiss edirəm. Çünki, bu tur aksiya Azərbaycanın qədim və gözəl şəhərlərini görmək və onlar haqqında məlumat öyrənmək baxımından çox əlverişlidir. Bu, bir çox məktəblinin xəyalıdır. Mən də burada olduğum üçün çox xoşbəxtəm”.

Natiq Hüseyn