Payız tətili başladısa, deməli, ölkəmizi tanımağın vaxtıdır. Məktəblilərin yenidən regionlarla tanışlığı başlayır. Gəncədən olan şagirdlər də tur-aksiya çərçivəsində ölkənin cənub regionuna yola salınıb. Heydər Əliyev Park-Kompleksində Zəfər Tağının qarşısından şəhərin 23 məktəbini təmsil edən 40 nəfər Lənkəran-Lerik-Astara marşrutu üzrə hərəkət edəcək. Adıçəkilən rayonların gəzməli-görməli yerləri, tarixi məkanları barədə "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində daha dolğun məlumat əldə etmək mümkün olacaq. Lənkərandan başlayan 3 günlük səfər yekunlaşdıqdan sonra, noyabrın 15-də Gəncədən olan digər aksiya iştirakçılarının ölkənin bölgələri ilə tanışlığı baş tutacaq.
Surxay Məmmədzadə- məktəbli: “Bu, mənim ilk səfərimdir. Düşünürəm ki, 3 günlük mənalı istirahətlə yanaşı, ölkəmizin bölgələri haqda müxtəlif məlumatlar əldə edəcəm”.
Fəzail Poladov- Gəncə şəhər Təhsil İdarəsinin metodisti: “Ordakı tarixi yerlər, mədəniyyət, fabriklərlə yaxından tanış olacaqlar. Sonra bura qayıdanda təəssüratlarını yoldaşları, tanışları ilə bölüşəcəklər”.
Elton İsmayılov
- Baxış: 987