• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 982
— 12.11.2016 14:16

Gəncədə yeni bağ salınıb

Ərazisi 1 ha-ya yaxın olan yaşıllıq zolağı Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin ərazisində yaradılıb. Ölkədə xüsusi qorunan unikal bitkilərdən ibarət yeni dendroloji bağ akademik Həsən Əliyevin adını daşıyacaq. 20-yə yaxın növdən 150 ağacın əkildiyi əraziyə, yaxın günlərdə daha 150 ağac basdırılacaq, damcı-suvarma sistemi də yaradılacaq. Bağın yaradılmasında məqsəd ekologiyanın sağlamlaşdırılması ilə yanaşı, universitetdə təhsil alan tələbələrə Azərbaycanda yetişdirilən xüsusi növ ağacları əyani nümayiş etdirmək və təcrübə aparmaqdır.

Elton İsmayılov