• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1244
— 12.11.2016 14:41

“Azərişıq” tələbələrə yardımçı olacaq

"Azərişıq" tələbələrə cəmiyyətin maddi-texniki bazasından, müasir laboratoriyalarından və yenidən qurulan şəbəkələrinin xidmətindən yararlanaraq dissertasiya işlərinin hazırlanmasında yardımçı olacaq. "Müştərək Magistr" hazırlığı layihəsi buna imkan verəcək. Layihə ASC-nin Qərb Regional Tədris Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə "Kadr hazırlığında müasir tədris texnologiyaları və qabaqcıl təcrübə mübadiləsi" mövzusunda keçirilən seminarda təqdim olunub. Tədbirə qərb bölgəsində elektroenergetika üzrə kadr hazırlayan ali, peşə və kollec təhsili verən müəssisələrin nümayəndələri qatılıb. Tədris mərkəzi ilə ixtisaslı kadr hazırlayan müəssisələr arasında əlaqələrin qurulması və keyfiyyətli elektroenergetiklərin hazırlanmasında əməkdaşlıq kimi məsələlər müzakirə olunub. Keçirilən bu kimi seminarlar "Azərişıq" ASC-də perspektivli gənc kadrların işlə təmin olunmasına hesablanıb.

Vüqar Əliyev- "Azərişıq" ASC-nin Tədris Mərkəzinin direktoru: “Biz istehsalatla universitetlərin əlaqəsini qururuq ki, həmin tələblərə cavab verən, müasir texnologiyaları bilən kadrları işə cəlb edək. Burda əsas məsələ, statistik rəqəmlərdən çox bilik meyarıdır, daha çox texnologiyaları bilməkdir. Biz "Azərişıq" ASC-nin laboratoriya imkanlarını tədris müəssisələrimizin üzünə açırıq. Onların verdikləri akademik təhsilli tələblər bizim laboratoriyalarımızdan istifadə edə bilərlər”.

Xaliq Qurbanlı