• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1616
— 11.11.2016 17:24

Bundan sonra tələbələrin məzun olduqdan sonra iş tapması asanlaşacaq

Şəxsi karyeranı qurmaq burada əsas məsələ olduğundan Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən iş adamları ilə tələbələrin mütəmadi görüşləri təşkil edilir. Beləliklə də bilik və təcrübə baxımdan seçilənlərin təsərrüfatlarda məşğulluğunun təmin edilməsi üçün yaşıl işıq yanır.

"Mən necə karyera qurdum?" ADAU-nun tələbələri bu ad altında işlə təmin edilmək üçün sahibkarlarla görüşür. Məqsəd ali məktəbi bitirdikdən sonra məşğul əhali qrupunda yer almaqdır.

Hümbət Camalov -ADAU-nun şöbə müdiri: "Tədbirimizdə əsas məqsəd odur ki, tələbələr iş adamlarının təcrübəsini öyrənsinlər. Gəncəyə yaxın ərazidə yerləşən fermer təsərrüfatı rəhbərləri tanınmış iş adamları ilə ixtisas üzrə tələbələrin görüşünü təşkil edirik. Əgər hər hansı bir sahədə kadra ehtiyac varsa kadr da seçirlər".

Aqronomluq ixtisasının tələbələri bu dəfə də böyük iş təcrübəsi olan, şəxsi təsərrüfat sahiblərinin uğur hekayələrini dinləyib. Öz işini qurmaq üçün lazım olan tövsiyələr və onlar üçün maraqlı olan müxtəlif səpkili suallara cavablar gələcəyin məzunları üçün az əhəmiyyət kəsb etməyib.

Nərmin Verdiyeva -tələbə: "Şəxsi karyeramı qurmaq istəyirəm. Dəqiq deyə bilmirəm, bu istixana üzrə yaxud ixtisasım üzrə ayrı bir aqrar təsərrüfat üzrə ola bilər. Universiteti bitirdikdən sonra tövsiyələri yerinə yetirib şəxsi karyeramı qurmaq üçün əlimdə yaxşı planlar olar".

2 ay ərzində 12 iş adamı universitetdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr üçün biznesin qurulmasından danışacaq, gələcəkdə daha yaxşı olanını seçib təsərrüfatına xeyir vermək üçün...

Jalə Qurbanova