• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 955
— 11.11.2016 17:20

Çörək pulunu çörəkdən çıxardan Gəncə sakini…

Əmək insanı ucaldır deyiblər. Növbəti təqdim edəcəyimiz süjetin qəhrəmanı da sözün əsl mənasında çəkdiyi fərqli zəhmətin nəticəsini görür. Gəncə bir müddət öncəyə kimi belə kuryerlərin sayı bir neçə nəfər olsa da indi o təkdir.

4 nəfərdən ibarət ailəsini dolandırmaq üçün Gəncə sakini Mirfazil Əhmədov düz 10 ildir ki, çörək pulunu elə çörəkdən çıxarır. Onun işi səhər saat 8-dən başlayır, qəhrəmanımız bazadan aldığı çörəyi zənbillərdə şəhərin 4 qəsəbəsində 30- dan çox evə paylayır.

Mirfazil Əhmədov -kuryer: "30 qəpikdən alıb 40 qəpiyə satıram. Gün ərzində 45-50 arası çörək sata bilirəm, əvvəllər çox satırdım, indi zəiflik var, amma buna da şükür".

Müştərilər fərqlidir - təqaüdçülər, evdar xanımlar və s. Fazil dayı çörəyi daşıyan zaman heç bir nəqliyyat vasitəsindən istifadə etmir. Zəhmətkeşin işinə nə günün qızmarı, nə də qışın şaxtası mane olur.

Mirfazil Əhmədov -kuryer: "Nəqliyyatı xoşlamıram, piyada işləməyi sevirəm. Bu həm də mənim üçün sağlamlıqdır. Gün ərzində 2 km- dən çox yol qət edirəm. Baxır işimə. Şəhərin istənilən yerinə, istənilən saatda çatdıra bilərəm”.

53 yaşlı zəhmətkeş deyir ki, çörəyi əldə etdiyi bazada bir neçə il əvvəl rastlaşdığı kuryerləri indi artıq görmür. Doğrudan da Fazil dayı kimi əməksevər özünüməşğulları indi çıraqla axtarmaq olar.