"Gəncədə futbol yoxdursa, Azərbaycanda futbol olmayacaq fikri ilə mən də razıyam". Bu sözlər AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqova məxsusdur. Təcrübəli mütəxəssis "Kəpəz" Futbol Klubunda uşaq yaş qrupları üzrə çalışan məşqçilər heyəti görüşdə belə deyib. Nizami yurduna səfər edən komitənin tərkibində Sadıqovla yanaşı, tanınmış futbol adamlarından Ağasəlim Mircavadov və Şakir Qəribov yer alıb. Son bir ildə ikinci dəfə Gəncəyə gələn qonaqlar klubdakı vəziyyətlə maraqlanıb, uşaq futbolunun inkişafı istiqamətində görüşlə işlərlə tanış olublar. "Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərmanoğlu və icraçı direktor Cabir İbrahimovun da iştirak etdiyi görüş qarşılıqlı fikir mübadiləsi və müəyyən məsələlər ətrafında müzakilərlərlə davam etdirilib.
Şakir Qəribov- AFFA-nın Məşqçilər Komitəsinin üzvü: “10 gün bundan öncə Qəbələdə olmuşduq, əlbəttə, ora ilə Gəncə arasında fərq böyükdür. Buradakı məşqçilərin əksəriyyətinin işləmək istəyi çoxdur, həvəsləri var. Şərait yoxdur ki, işləyib yaxşı uşaqlar hazırlasınlar”.
Orxan Cəfərzadə
- Baxış: 464