• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2287
— 14.10.2016 17:43

“Kəpəz”dən ikinci qələbə

16 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Azərbaycan çempionatında 2-ci turun oyunları keçirilib. AFFA tərəfindən reallaşan yarışda Gəncənin “Kəpəz” klubunun müvafiq yaş qrupu üzrə komandası da iştirak edir.

2-ci turun oyunları çərçivəsində komanda cari mövsümdə Gəncədə ilk ev oyununa çıxıb. Mətləb Məmmədovun yetirmələri Təhsil İdman Mərkəzinin stadionunda “Neftçi” İdman Klubundan olan həmyaşıdları ilə qarşılaşıb. Birinci turda səfərdə “Turan”ı böyükhesabla məğlubiyyətə uğradan “sarı-göylər” hesabat turunda da qələbəyə seviniblər. Hesabda geri düşməsinə baxmayaraq əzmkar oynayan “Kəpəz” rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Bununla da  xallarının sayını 6-ya çatdıran Gəncə təmsilçisi 12 kollektivin çıxış etdiyi yarışda liderliyə yüksəlib. Gəncəli futbolçular turnir cədvəlində 1-ci 3-cü yerləri bölüşdürürlər. Komanda çempionatda növbəti görüşünü oktyabrın 20-də Sumqayıtda eyniadlı kluba qarşı keçirəcək.

Azad Rəfi