• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2298
— 10.10.2016 14:21

AFFA-nın təşkilatçılığı ilə Gəncədə aşağı yaş qrupları üzrə komandalar arasında Azərbaycan birinciliyinın zona yarışında yeni mövsümə start verilib

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının stadionunda reallaşan oyunlarda Nizami Yurdunun təmsilçiləri ilə yanaşı, Göygöl və Kəlbəcər rayonlarının komandaları da mübarizəyə qoşulub. Ümumilikdə 5 yaş qrupu üzrə zona birinciliyində 52 kollektiv qüvvəsini sınayır. Yarışlarda idman məktəblərinin komandaları ilə birlikdə “Kəpəz” Futbol Klubunun futbolçuları da çıxış edir. Premyer Liqa komandası bütün yaş qrupları üzrə yarışlardan təmsil olunur. 

Cabir İbrahimov- “Kəpəz”in icraçı direktoru: "Həm klub rəhbərliyi, həm də məşqçilər oyunlara baxıb istedadlı uşaqları seçirlər. Onların gələcək karyeralarını gözəl davam etdirirlər. Həm komandamızda, həm də şəhərimizdə perspektivli oyunçular var. Biz də istəyirik ki, "Kəpəz Futbol Klubu"nun bazasını gənc nəsillə gücləndirək. Bizdə uşaq futbolunda müxtəlif yaş qrupları var. İlbəil yeni istedadlar üzə çıxır. Yaxşı təsir bağışlayan futbolçular yeni yaş qrupuna keçirilir".

AZAD RƏFİ