• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2052
— 06.10.2016 15:59

“Turan Tovuz” turnir cədvəlində ilk pillədəki yerini möhkəmləndirib

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 5-ci tura yekun vurulub. Turun son oyun günü qərb derbisi ilə əlamətdar olub. “Şəmkir” yerli Olimpiya İdman Kompleksinin stadionunda “Turan Tovuz”u qəbul edib. Güzəştsiz mübarizəyə səhnə olan matç əsl derbi ab-havasında keçib. Çempionatın lideri olan tovuzlular səfərə qələbə arxasınca gəldiklərini oyunun nəticəsində də əks etdiriblər. Əsgər Abdullayevin komandası çətin qarşılaşmadan 1:0 hesabı ilə qalib ayrılıb. Vüsal Qarayevin görüşün 58-ci dəqiqəsində vurduğu qol qonaqlara qələbə qazandırıb. 5 oyunda maksimum xal toplayan “Turan Tovuz” turnir cədvəlində ilk pillədəki yerini möhkəmləndirib.  

Azad Rəfi