AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında keçirilən Azərbaycan birinciliyində 2016/2017-ci illər mövsümünə start verilib. “Kəpəz”in 17 yaşlı oğlanlardan ibarət komandası yeni mövsümün ilk ev oyununda AZAL-ı qəbul edib. Çempionatın açılış matçında Bakı səfərində “Səbail”ə böyük hesabla uduzan Tofiq Məmmədovun yetirmələri 3 xal üçün meydana çıxıb. Amma ev sahibləri qarşıya qoyulan məqsədə çata bilməyiblər. İlk yarıda qapısından qol buraxan “Kəpəz” ikinci hissənin əvvəlində bərabərlik qolunu vursa da, kollektivin bundan artığına gücü çatmayıb. 13 komandalı ölkə birinciliyinin turnir cədvəlində 1 xalla 9-cu olan gəncəlilər növbəti oyunu oktyabrın 10-da keçirəcəklər. “Kəpəz” 3-cü turda “Xəzər Lənkəran”ın qonağı olacaq.
Azad Rəfi
- Baxış: 297