• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 700
— 24.09.2016 16:45

Şahin Diniyev : “Əlimizə fürsət düşdükcə hücum etməliyik”

Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turunda “Kəpəz” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Ağdam klubuna qarşı matça hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər”in heyətində cəzalı olmasa da, zədəli futbolçu var. Müdafiəçi Tural Nərimanov son çempionla oyunda iştirak edə bilməyəcək. Ötən mövsüm “köhlən atlar”la Nizami yurdunda keçirilən görüşlərdə “Kəpəz” xal qazanmağa yaxın olsa da, son nəticədə bunu bacarmamışdı. Bununla belə Şahin Diniyevin yetirmələri qarşıdakı matçda istəyinə çatmaq niyyətindədir. Sentyabrın 25-də Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu saat 15:30-da başlayacaq. Görüşü FİFA referisi Rəhim Həsənov idarə edəcək.

Şahin Diniyev- “Kəpəz”in baş məşqçisi, Gəncə: “ “Qarabağ” oyunu daha çox hücumda keçirir, amma bu o demək deyil ki, biz müdafiədə oturacağıq. Əlimizə fürsət düşdükcə hücum etməliyik. Təkcə müdafiədə oturmaqla uğur qazanmaq olmur. Düşünürəm ki, azarkeşlər futbolun hər bir komponentlərini özündə birləşdirən maraqlı oyun görəcəklər”.

Azad Rəfi