• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1204
— 23.09.2016 15:17

Mehman Allahverdiyev “Kəpəz”dən ayrıldı

"Kəpəz" Peşəkar Futbol Klubunda kadr dəyişikliyi reallaşıb. Gəncə futbolunun əfsanəsi Mehman Allahverdiyev komandadan ayrılıb.

 Nizami yurdunun təmsilçisinin icraçı direktoru Mehman Allahverdiyev səhhətində yaranmış problemlə əlaqədar olaraq öz xahişi ilə işdən azad olunub. Klub saytı ilə verilən açıqlamada Allahverdiyevə komandadakı fəaliyyətinə görə təşəkkür bildirilib. Gəncə futbolunun ən parlaq nümayəndələrindən biri olan Mehman Allahverdiyev uzun illər “Kəpəz”də futbol oynayıb. Karyerasını başa vurduqdan sonra komandanın baş məşqçisi olub. “Sarı-göylər” onun rəhbərliyi altında 3 dəfə Azərbaycan çempionu, ölkə kubokunun qalibi adını qazanıb. O, müxtəlif illərdə klubun prezidenti və vitse-prezidenti kimi vəzifələrdə çalışıb. Bu, Mehman Allahverdiyevin “Kəpəz”dən 4-cü ayrılığıdır. Onu da qeyd edək ki, təcrübəli simanın boşaltdığı kürsüyə artıq təyinat reallaşıb. "Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin Müşahidə Şurasının qərarı ilə Cabir İbrahimov icraçı direktoru təyin olunub.

Azad Mustafayev